Mister Bin yenidən televiziya ekranlarına qayıdır

Mister Bin yenidən televiziya ekranlarına qayıdır
05:04 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bütün dünyada məşhur olan britaniyalı komik personaj Mister Bin (Rouen Atkinson) martda yenidən televiziya ekranlarına qayıdacaq.

 

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, söhbət BBC korporasiyası tərəfindən yayımlanacaq xeyriyyə telemarafonundan gedir. Ssenarisi gizli saxlanılan ekran əsərində eqoist personaj rolunda çıxış edən Rouen Atkinsonun çəkilişlərdə iştirakının başa çatdığı qeyd olunur.

 

Tənhalıqdan əziyyət çəkən Mister Binin həddən artıq populyarlıq qazanmış sərgüzəştləri 1990-cı ildən 1995-ci ilə qədər televiziyada yayımlanıb. Daha sonra 2004-cü və 2007-ci illərdə aktyor həmin obrazla iki tammetrajlı kino əsərində çəkilib.

 

“Milli sərvət” sayılan Mister Bin haqqında şounun geniş şöhrət qazandığı vaxtlarda onun auditoriyası təkcə Böyük Britaniyada 19 milyon nəfərə çatırdı.

 

Hazırda 57 yaşı tamam olan R.Atkinson bir dəfə öz qəhrəmanını istehza ilə “böyük insan cismində uşaq” adlandırmışdı.

 

Pərəstişkarları onun iştirakı ilə çəkilən yeni ekran əsərini martın 13-də izləyə biləcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR