Rusiya vətəndaşı qoşqulu yük maşını ilə Bakıda qəza törətdi

Rusiya vətəndaşı qoşqulu yük maşını ilə Bakıda qəza törətdi
07:24 24 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə,  hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Qəza zamanı Rusiya vətəndaşı İsaməhəmməd Hacıömərovun idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşını ilə Elşən Muxtarovun idarə etdiyi "Mercedes" markalı minik maşınını toqquşub. Toqquşmadan sonra "KamAZ" yolun solundakı evlərdən birinin darvazasına çırpılıb.

 

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Yol qəzasının dəqiq baş verməsi səbəblərinə aparılan polis araşdırmaları aydınlıq gətirəcək. Artıq sürücülərin ifadəsi də alınıb.  






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR