Əməkdar artist Nüşabə Ələsgərli bu gün övladlarının ad gününü qeyd edir. Lent.az-ın məlumatına görə, oğlu Orxan və qızı Nigarı mediadan gizlədən ifaçı övladlarının xoş günü barədə təəssüratlarını bölüşüb: “Allah hamının balasını saxlasın. Hər iki övladımın bu gün doğum günüdür. İnşallah onların toylarını görüm. Arzum budur ki, həyatımın mənası olan övladlarım yüz yaşasın”.
Qeyd edək ki, N.Ələsgərlinin qızı və oğlu ötən il ali məktəbə daxil olub. İfaçı övladlarını mediadan uzaq tutduğunu bildirib: “Övladlarımı heç vaxt efirə çıxarmamışam. Bunu özləri istəyib. Müstəqil şəxsiyyət kimi böyüyürlər. Tələbə yoldaşları belə uzun müddət bilmirdi ki, onların anası mənəm. Mənimlə evdən bayıra çıxmırlar. Yanımda görünmək istəmirlər. Gizlədirlər ki, anaları Nüşabə Ələsgərlidir”.
