Bakı, 22 iyul, Nihat Budaqov, AZƏRTAC
“Petkim”in səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev bildirib ki, SOCAR “Petkim”dəki səhmlərinin 10 faizini dövlətdən, bir qismini də bazardan alıb. Son 2 ildə "Petkim"in səhmlərinin nominal dəyəri 1,8 türk lirəsindən 4,35 lirəyədək artıb. Buna görə, biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu, normal prosesdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur.
