Müğənni Sərdar Ortaç bir müddət əvvəl televiziya proqramlarından birində "Ən böyük peşmanlığım" alandırdığı qumar aludəçiliyindən əl çəkə bilmir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ramazan bayramı günlərində Kiprdə konsert verən ifaçı otelin qumarxanasına gedərək oyuna qoşulub. Yarım saat içində o, 10 min lirə (təxminən 4 min manat) uduzub.

Qeyd edək ki, keçən aylarda 30 min lirə (təxminən 12 min manat) sənətçi iki il öncə "20 illik qumar həyatımda 50 milyon dollar itirdim, sonunda hamısını halal edib oynamağı tərgitdim" deyərək tövbə etdiyini açıqlamışdı. S.Ortaçın həyat yoldaşı Kloe Louqnana söz verdiyi halda hələ də qumar oynaması hər kəsin diqqətini çəkib.