Azərbaycan, Bakı, 23 iyul /Trend/

ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər.

Trend-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata əsasən, Obama ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az