Əməkdar artist Nüşabə Ələsgərli toyda başına gələn maraqlı hadisəni danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Səs verməyin!” verilişində aparıcının “Elə olub ki, toy yiyəsi uzaq tanışın olsun. Məclisdən sonra hörmət xatirinə elə-belə demisən ki, qonaq olun. O da pulu qaytarıb cibinə qoyur” sualına belə cavab verib:

“Eyni belə hadisə yaşamışam. Ev yiyəsi pulu verəndə, dedim, “Qonaq olun”. O da pulu götürüb, cibinə qoydu. Heç nə deyə bilmədim, udquna-udquna dayandım. Az qaldım özümü öldürəm”.