[ 23 İyul 2015 13:35 ]


Bakı. Faiq Mahmudov – APA. “Mən ABŞ tərəfinin “Yeni İpək Yolu” məsələsinə cəlb olunmuş nümayəndəsiyəm. Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanın xarici işlər naziri ilə görüşüb “Yeni İpək Yolu” məsələsini müzakirə etməkdir”.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland deyib. “Azərbaycan Çindən Mərkəzi Asiya, Xəzər regionu və Türkiyəyə tranzit məsələsində çox mühüm rol oynayır”, - deyə o, söyləyib.