Bakı, 23 iyul, İbrahim Əsədov, AZƏRTAC
Texnika elmləri doktoru İsgəndər Şirəlinin tərtib etdiyi “Renovasiya texnologiyalarının quyudaxili alət və avadanlıqları (süxurdağıdıcı alət və avadanlıqlar” adlı dərs vəsaiti nəşr olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) məlumat verilib. Bildirilib ki, dərs vəsaiti texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasının neft-qaz istehsal vasitələrinin renovasiyası ixtisaslaşması üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Dərs vəsaitində quyudaxili süxurdağıdıcı alət və avadanlıqlarının konstruksiyasının, tətbiq sahələrinin və istismar xarakteristikalarının layihələndirilməsi üçün tövsiyələr işlənib və onların praktikada reallaşdırılması ilə əlaqədar nəticələr əksini tapıb.
Nəşrin redaktoru ADNA-nın professoru Ramiz Həsənovdur.