Müğənni Ebru Gündeş “Araftayım” albomunun üçüncü mahnısı “Aynı aşklar”a klip çəkdirib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnının sözləri və musiqisi Sərdar Ortaça məxsusdur. Klipin rejissoru Ergin Turunçdur.