İstanbul, 24 iyul, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları terrorçu İŞİD qruplaşmasının Suriya ərazisindəki düşərgələrini bombalayıb.
Anadolu Agentliyinin məlumatına görə, “F-16” qırıcısı İŞİD qüvvələrinin yerləşdiyi məntəqələri bombalayandan sonra Diyarbəkirdəki hərbi hissəyə qayıdıb.
İyulun 23-də İŞİD tərəfindən açılan atış nəticəsində Suriya-Türkiyə dövlət sərhədində xidmət aparan türkiyəli hərbçilərdən biri şəhid olub, iki əsgər isə xəsarət alıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul