Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanlı pianoçular, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov Bolqarıstanın Primorsko şəhərində keçirilən birinci Beynəlxalq “World Stage Eurograde-2015” müsabiqəsində birinci yerə layiq görülüblər.
C.Əzizov AZƏRTAC-a bildirib ki, müsabiqədə 15 ölkə təmsil olunub. Azərbaycan təmsilçiləri 16-33 yaş qrupunda iştirak ediblər.
Müsabiqədə C.Əzizov Friderik Şopenin “Ballada N1” və Tofiq Quliyevin “Qaytağı”, V.Aydəmirov isə Ferens Listin “Ballada N2” və Qara Qarayevin “Eskiz” əsərlərini səsləndiriblər.
Onlar, həmçinin Bolqarıstanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış ediblər.
Bakı Musiqi Akademiyasının tələbələri Bolqarıstanda keçirilən müsabiqədə birinci olublar