Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Liberiya Respublikasının Prezidentini təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az