İngiltərənin Lordlar Palatasının sədr müavini Baron John Sevelin evində verdiyi seks partisinin görüntüləri skandal yaradıb. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, sədr müavini iki fahişə ilə narkotik maddə qəbul edərkən görüntülənib.
Görüntüləri bu ölkənin məşhur "The Sun" qəzeti yayıb. Bundan sonra 69 yaşlı Baron Con tutduğu bütün vəzifələrdən istefa verib.
Evli və iki uşaq atası olan sədr müavininin video çəkilişi zamanı fahişələrlə birlikdə ağ rəngli tozu burnuna çəkdiyi görüntülənib.

