Bakı, 27 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğınların qarşısının alınması məqsədilə xidmətin I və IV ərazi Dövlət Yanğın Nəzarəti idarələri ilə birgə Binəqədi və Suraxanı rayonlarının yaşayış binalarında əhali arasında maarifləndirmə işləri aparıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, binaların sakinlərinə xidmət tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə” və “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri paylanılıb.
Bakı şəhərinin digər rayonlarında da əhali arasında maarifləndirmə tədbirləri keçiriləcək.