Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamını silahla hədələyərək, pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Elşən Kərimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) və 221.1-ci (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma) maddələri ilə ittiham olunan E. Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Kərimov Nardaran sakini, iş adamı Ramiz Əliyevdən 750 manat alıb, daha sonra isə 2000 manat tələb edib.

Şəhriyar ƏLİZADƏ