Azərbaycan, Bakı, 28 iyul /Trend/

Liviya cinayət məhkəməsi ölkənin sabiq lideri Müəmmər Qəddafi rejiminin 8 nümayəndəsinə, həmçinin oğlu Seyfülislam Qəddafiyə ölüm hökmünün verilməsi barədə qərar çıxarıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər yayıb.

Mühakumə olunanlar arasında sabiq baş nazir Əl-Bağdadi əl-Mahmudi və Liviya kəşfiyyatının rəisi Abdulla əs-Sinusi kimi tanınmışlar var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az