Bakı, 29 iyul, AZƏRTAC
İyulun 30-da "Muğanbank" ASC-nin baş ofisində adsız istiqrazlar üzrə 46-cı tiraj keçiriləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 min 500 AZN, uduşlu istiqrazların sayı isə 2 min ədəd təşkil edir. Maksimum uduş məbləği isə 50 min AZN-dir.
"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə - (012) 933, 564 35 11 telefon nömrələrinə zəng edə bilərlər.