Bakı, 30 iyul, AZƏRTAC
Futbol üzrə 17 yaşadək qızlar arasında Kişineuda təşkil edilən UEFA-nın inkişaf turniri çərçivəsində yığmamız ikinci oyununu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Firəngiz Teymurovanın dubl etdiyi oyunda digər qolu Rövşanə Sərdarlı vurub.
Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq.