Bakı, 30 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Sabunçu rayonunda Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, müharibə və əmək əlilləri üçün pansionatın işçı heyəti üçün yanğına qarşı təbliğat günləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, DYNX-nin əməkdaşları “Yanğın təhlükəsizliyi qaydalarına əməl edin” və “Yanğın zamanı zəruri hərəkətlər” mövzusunda çıxışlar edib, sualları cavablandırıblar.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilib. Həmçinin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən yaddaş kitabçası, “Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi“ kitabı təqdim olunub.