Əməkdar artist Nüşabə Ələsgərli “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni mənfi xüsusiyyətindən bəhs edib:

“Heç kimin işinə, geyiminə qarışmıram. Hər zaman özümə rahat olanı seçirəm. Səhnədə başqa, universitetdə dərsdə olarkən fərqli geyinirəm. İnsan əsəbiləşəndə özünün hansı vəzifədə olduğunu düşünmür. Mənim mənfi cəhətim odur ki, qəzəblənəndə gözüm heç kimi, heç nəyi görmür. Həmin an özümü belə unuduram”.

N.Ələsgərli sosial şəbəkədə ünvanına yazılan xoşagəlməz sözlərdən də söz açıb:

“İnstaqramda nəsə xoşagəlməz cümlə olanda silirəm. Onu yazanı isə qara siyahıya atıram”.