Bakı, 1avqust, AZƏRTAC
Sentyabr ayında "Bizim kino" adı altında bütün kinoteatrlarda yeni çəkilmiş Azərbaycan filmləri göstəriləcək.
AZƏRTAC xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Bildirib ki, nümayişdən əvvəl isə Azərbaycanda peşəkar kino məktəbinin necə qorunması və inkişaf etdirilməsi sahəsində görülən işlər haqqında məlumat veriləcək.
Vurğulayıb ki, ilk dəfə bu filmlər mətbuat nümayəndələrinə göstərildikdən sonra kinoteatrlarımızda tamaşaçıların ixtiyarına veriləcək.