“Baku Fires” Karakasdan məğlub qayıdır

“Baku Fires” Karakasdan məğlub qayıdır
10:07 26 Yanvar 2015
134 İdman
Ölkə mətbuatı
A- A+

Ümumdünya Boks Seriyasının (WSB) II turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Venesuelanın “Caciques Venezuela” komandası ilə qarşılaşıb. Fanat.az xəbər verir ki, Karakasda keçirilən görüşdə təmsilçimiz 2:3 hesabı ilə məğlub olub.

 

“Baku Fires”in heyətində superağır çəki dərəcəsində Arslanbek Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.

 

Döyüşlərin nəticələri:

Caciques Venezuela - Baku Fires 3:2

52 kq. Bermudez Salas – Elvin Məmişzadə 3:0 (49:46, 48:47, 49:46)

60 kq. Nestor Armas – Albert Səlimov 0:3 (44: 50, 45:50, 45:50)

69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç 3:0 (49:46, 49:46, 49:46)

81 kq. Ramirez Duran – Soltan Migitinov 2:1 (48:47, 48:47, 46:49)

+91 kq. Munoz Mata – Arslanbek Mahmudov TKO R-4

 

B qrupunda digər nəticələrə gəlincə, “Argentina Condors” doğma divarlar arasında “Puerto Riko Hurricanes” klubuna 2:3 hesabı ilə uduzub. “USA Knockouts” yerli publika qarşısında “İtalia Thunder” üzərində qələbə qazanıb – 3:2. “Astana Arlans” isə səfərdə “Rafako Hussars Poland” klubunu 3:2 hesabı ilə məğlub edib.

 

Turnir cədvəli:

1. Astana Arlans – 6 xal, döyüşlərin fərqi - 8-2 (2 matç)

2. USA Knockouts – 6, 7-3 (2)

3. Puerto Riko Hurricanes – 6, 6-4 (2)

4. Baku Fires – 4, 6-4 (2)

5. Caciques Venezuela – 3, 3-7 (2)

6. Rafako Hussars Poland – 2, 4-6 (2)

7. İtalia Thunder – 1, 3-7 ( 2)

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü yanvarın 31-də Quba Olimpiya Kompleksində “Astana Arlans” klubuna qarşı keçirəcək.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR