Bakı, 3 avqust, AZƏRTAC
"Hesab.az" “Xalq Bank” müştərilərinə yeni və sərfəli imkan yaradır.
AZƏRTAC xəbər verir ki, “Xalq Bank”a məxsus kartların sahibləri avqustun 1-dən "Hesab.az" onlayn ödəmə portalında qeydiyyatdan keçib, kommunal, rabitə, kabel televiziya, mobil operator, internet provayder və əyləncə xərcləri xidmətlərinin haqqını ödəyərək ikiqat bonus qazanacaqlar. Lakin kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.
“Xalq Bank”ın "Hesab.az" portalında qeydiyyatdan keçmiş müştəriləri bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 200 bonus əldə edəcək. Nəticədə “Xalq Bank”ın müştərilərinin "Hesab.az" portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artacaq.
Kampaniya avqustun sonuna kimi davam edəcək.