Gənc Tamaşaçılar Teatrında “III Riçard” tamaşasının premyerası olub

Gənc Tamaşaçılar Teatrında “III Riçard” tamaşasının premyerası olub
10:42 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:37 ]


Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “III Riçard” tamaşasının premyerası olub.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə səhnəyə qoyulub.

 

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

 

Tamaşada əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev və başqaları ifa edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR