İstanbul, 4 avqust, AZƏRTAC
İran–Türkiyə magistral qaz xəttinin altında terrorçu Kürd Fəhlə Partiyası (PKK) tərəfindən yerləşdirilmiş partlayıcı zərərsizləşdirilib.
Anadolu Agentliyinin məlumatına görə, 5 kiloqram həcmində olan partlayıcı boru xəttinin Ağrı vilayətinin Eleşkirt rayonundan keçən hissəsində kəmərin altında aşkarlanıb. Ağrı valiliyindən bildirilib ki, kəmərdə qazın axını dayandırılandan sonra partlayıcı zərərsizləşdirilib.
Hazırda təbii yanacağın nəqli bərpa olunub. Kəmərin təhlükəsizliyini gücləndirmək məqsədilə əraziyə əlavə jandarm qüvvələri cəlb edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul