Ağstafa, 4 avqust, AZƏRTAC
“Ağstafa Aqroservis” MMC Taxıl və Un Məmulatları Kombinatının tikintisinə başlayıb. Kombinatın tərkibinə 30 min ton tutuma malik taxıl anbarı, saatda 5 ton emal gücü olan un zavodu, çörək və qənnadı istehsalı müəssisəsi, eyni vaxtda 200 nəfərə xidmət edəcək “fast food” sistemli iaşə obyekti daxildir. Tikinti prosesinə Almaniya şirkətləri də cəlb olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq standartlara uyğun avtomatlaşdırılmış avadanlıqla təchiz ediləcək taxıl anbarı və un zavodu regionun fermerləri tərəfindən istehsal olunan taxılın qəbulu nəticəsində, yerli satış bazarını tam təmin edəcək.
“RAO GLOBAL GROUP gmbH”, “AKKORD” şirkətlər qrupu, “NEUERO”, “BUHLER Group”, “WOLF System”, “Werner Pfleider” layihənin tərəfdaş şirkətləridir.
Layihənin həyata keçirilməsi məqsədi ilə Almaniyanın “Landesbank Baden-Württemberg” bankından ilkin olaraq 10 milyon avro kredit ayrılıb.
Ağstafada Taxıl və Un Məmulatları Kombinatı layihəsinə start verilib