Ziya Məmmədov: “Neftin ucuzlaşması böyük layihələrin həyata keçirilməsini ləngidir”

12:07 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 12:03 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Sumqayıt arasında sürətli elektrik qatarının təşkili ilə bağlı Nəqliyyat Nazirliyinin qurumları arasında fikir mübadiləsi aparılır.

 

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsi bir növ xəyala bənzəyir: “Belə bir arzu var. Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR