Xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb

Xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb
16:28 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və digər normativ-hüquqi aktlara əsaslanaraq iyul ayında bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, lisenziya alanlar arasında fiziki şəxslər Mustafayev Mustafa Mahmud oğluna məxsus "Dostluq" istirahət mərkəzi (Masallı) və Şahverdiyev Əhmədiyə Yusif oğluna məxsus "Business Palace" mehmanxanası (Bakı), həmçinin "May Vey Travel" MMC-yə məxsus "My Way" (Gəncə) və "Azpetrol Ltd." MMC-yə məxsus "Motel" (Qusar) mehmanxanaları var.
Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xususi_raziliq_esasinda_fealiyyet_gosteren_mehmanxanalarin_sayi_338_e_chatib-875827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR