Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı tədbirlərə hazırlanır

Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı tədbirlərə hazırlanır
19:09 6 Avqust 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Məhərrəmov gələn il qeyd olunacaq BDU-nun 90 illik yubiley tədbirlərinə hazırlıq barədə məlumat verib. Rektor bildirib ki, yubileyin yüksək səviyyədə keçirilməsi məqsədilə silsilə tədbirlərin təşkili nəzərdə tutulur. BDU-nun yaranma tarixi barədə danışan A. Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə Azərbaycanda ali məktəb yaradılması ideyasının gündəmə çıxdığını, bu müzakirələrin bir ilə qədər vaxt apardığını deyib: “Nəhayət 1919-cu il sentyabrın 1-də parlamentdə Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul olundu. İlk mühazirə isə universitetdə noyabrın 15-də oxunub”. A. Məhərrəmov ötən 90 ildə ali tədris ocağının böyük uğurlar əldə etdiyini vurğulayıb: “Həmişə Azərbaycanın ali dövlət strukturlarında təmsil olunan şəxslərin 70-80 faizi məhz BDU-nun məzunları olub. Bu gün bizim universitetdə təhsil alan tələbə sabahın naziri, digər dövlət qulluqçusudur”.

A. Məhərrəmov yubileyə hazırlıqlardan danışarkən bu münasibətlə 25 bakalavr, 25 magistr tələbə, 25 bakalavr və 25 magistr pilləsində dərs deyən müəllim üçün təqaüdlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ən yaxşı 50 tələbə və ən yaxşı 50 müəllimin hər biri üçün 1000 manat məbləğində təqaüd ayrılması da planlaşdırılır.

Bundan əlavə A. Məhərrəmov bildirib ki, universitetlə bağlı mətbuatda yazı, həmçinin televiziyalarda veriliş, film müsabiqəsi nəzərdə tutulub. O bu müsabiqənin şərtlərinin dekabrın birinci yarısında açıqlanacağını qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR