Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
20:17 6 Avqust 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az anspress-ə istinadən bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin açıqlamasına görə, zəlzələ Heydərabaddan 33 km cənub-şərqdə Şərur ərazisində qeydə alınıb. 

Yeraltı təkanlar yerli vaxtla bu gün saat 15:54:17-də qeydə alınıb. Zəlzələ 2,9 bal gücündə olduğundan insanlar tərəfindən hiss olunmayıb.

Xatırladaq ki, dünən yerli vaxtla 18:35-də Pirquludan 13 km şimal-qərbdə, İsmayıllı ərazisində də zəlzələ olub. 3.1 maqnitudalı, dərinliyi 6 km olan zəlzələ yaxın yaşayış məntəqələrində bəzi insanlar tərəfindən hiss olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR