x
Loading...

Ronaldo haqqında bilmədikləriniz (FOTO)

Ronaldo haqqında bilmədikləriniz (FOTO)
06:26 7 Avqust 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo dos Santos Aveiro haqqında hər gün xəbərlər oxuyuruq, onu reklamlarda görürük.

Futbolsevərlər, Ronaldo azarkeşləri futbolçunun ayaqqabı nömrəsindən tutmuş, sürdüyü maşının modelinə qədər bilirlər.

Lakin azarkeşlərin yenə də futbolçu haqqında bilmədikləri var. Bunlar aşağıdakılardır.

1. Ailəsi ona Ronaldo adını ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın şərəfinə verib.

2. Uşaqkən dostları ona “arı” ləqəbini vermişdilər. O qədər sürətli qaçırdı ki, heç kəs ona çata bilmirdi.

3. Ronaldo Ancelina Coninin fanatıdır. Onun ən böyük arzularından biri A.Coli və Bred Pitin də olduğu masada birlikdə şam etməkdir.



4. Ronaldo 15 yaşında ürəyindən əməliyyat olunub. Belə ki, yatdığı zaman onun ürək döyüntülüləri artırdı və bu, infarkta səbəb ola bilərdi.

5. Onun uşaqlıqdan bəri idealı “Superman”dir.

6. Ronaldo atasını 22 yaşındaykən spitli içki səbəbindən itirib və sonra müəyyən müddət narkotik aludəçisi olan qardaşı ilə yaşayıb. Buna görə də o, spirtli içki və siqaretdən uzaq durur.

7. İspan mahnılarına qulaq asmağı sevir. Ən sevimli müğənnisi isə puerto-rikolu Luis Fonsidir.

8. "Playstation" "xəstə"si olan Ronaldo çantasında və avtomobilində ehtiyat "Playstation" daşıyır.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR