Pilotsuz təyyarə 7 nəfəri məhv etdi

Pilotsuz təyyarə 7 nəfəri məhv etdi
11:36 7 Avqust 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

href="https://az.wikipedia.org/wiki/Amerika_Birl%C9%99%C5%9Fmi%C5%9F_%C5%9Etatlar%C4%B1">Amerikaya məxsus pilotsuz uçan təyyarə Pakistanın Şimali Vəziristan bölgəsində yaşayış evinə hücum edib. Express Tribune qəzetinin elektron versiyasının verdiyi xəbərə görə, aviazərbə nəticəsində ən azı altı yaraqlı məhv edilib, daha iki nəfər yaralanıb.

Pilotsuz təyyarənin yaşayış evinə iki raket zərbəsi endirdiyi bildirilir. Hücuma məruz qalan tikilinin "Taliban""Əl-Qaidə" ilə sıx əlaqəsi olan "Həqqani şəbəkəsi" adlı ekstremist qruplaşmasının səhra komandirlərindən birinə məxsus olduğu bildirilir. Bu ABŞ pilotsuz təyyarələrinin sözü gedən bölgədə iyun ayından etibarən həyata keçirdiyi ilk əməliyyatdır.

Pakistan öz ərazisində Amerika pilotsuz təyyarələrinin istifadəsini dəfələrlə pisləyib. Rəsmi İslamabad bu cür hərəkətləri ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirir.


ABŞ-a məxsus pilotsuz təyyarə Pakistan ərazisində



Pakistanın Şimali Vəziristan bölgəsində fəaliyyət göstərən yaraqlılar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR