Bakıda restoranda yanğın olub

20:17 26 Dekabr 2014
39 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 20:12 ]

Bakı – APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 900 kv.m olan “Xarı Bülbül” restoranının qazanxanasının yanar konstruksiyaları 6 kv.m sahədə, 3 ədəd elektrik lövhəsi, elektrik kabelləri və sarayın dam örtyü 200 kv.m sahədə yanıb.

 

Sarayın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR