Pulla dolu vannada uzanan azərbaycanlı - zəngin övladları İnstagramda (FOTO)

Pulla dolu vannada uzanan azərbaycanlı - zəngin övladları İnstagramda (FOTO)
14:11 7 Avqust 2015
1701 Digər
Ölkə mətbuatı
A- A+

Son bir neçə ildə bütün dünyada minlərlər insan demək olar ki, etdiyi hər şeyi, yeməyini, gəzməyini, geyimini və s. internetdə paylaşmağa başlayıb. Bunun ən asan yolu isə İnstagram səhifəsidir. Bu günlərdə yenidən Azərbaycanın zəngin övladlarının İnstagramda paylaşdıqları ilə gündəmə gəliblər.

ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı zəngin həyat tərzini əks etdirən fotoların mən azərbaycanlılara aid olduğunu yazıb.

Fotolar arasında ən diqqət çəkənlərdən biri də gənc bir oğlanın pulla dolu vannda uzanmasıdır.

"Azərbaycanın zəngin uşaqları" adı ilə yerləşdirilən fotolardakıların isə hansı məmurun, iş adamının övladı olması barədə heç bir məlumat qeyd edilməyib.

Qeyd edək ki, İnstagramın ən diqqət çəkəni isə zəngin ailələrinin övladlarıdır. Belə ki, bu şəxslər müntəzəm olaraq yaşadıqları ölkə, şəhərdəki əyləncələrindən, lüks həyatlarından görüntülər paylaşırlar.

Mətbuatda belə ailələrin övladlarının həyatı, paylaşdıqları şəkillər müzakirə mövzusu olur. Azərbaycanın zəngin uşaqları bir birçə həftə öncə də elit yaşamları ilə diqqətləri üzərlərinə çəkə bilmişdilər. "Milliyət" qəzetinin "Zəngin azərbaycanlılarının İnstagram fotolarını" adı altında yerləşdirdiyi fotolarda Azərbaycan nömrəsi olan lüks maşınlar, istirahət məkanları, hədiyyələr öz əksini tapmışdı.


Türk mətbuatında yer alan və çox diqqət çəkən foto




İnstagram ancaq foto və 15 saniyəlik videoların paylaşımı üçün nəzərdə tutulan şəbəkədir. Son dövlərdə bu şəbəkəyə qoşulanların sayı sürətlə artır.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=357373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR