Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin püşkatması olub.
AZƏRTAC xəbər verir ki, püşkatmada qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub iştirak edib. Onlardan 15-i üçüncü təsnifat mərhələsində qalib gəlib. Digər 5-i turnirə pley-off mərhələsindən qoşulub.
Püşkatmanın nəticəsində görə, Çempionlar Liqasının pley-off mərhələsində “Astana” (Qazaxıstan) - APOEL (Kipr), “Skenderbeu” (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya), “Seltik” (Şotlandiya) - “Malmö” (İsveç), “Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail), “BATE” (Belarus) - “Partizan” (Serbiya), “Latsio” (İtaliya) - “Bayer” (Almaniya), “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika), “Sportinq” (Portuqaliya) – “MOİK” (Rusiya), “Rapid” (Avstriya) - “Şaxtyor” (Ukrayna), “Valensiya” (İspaniya) -“Monako” (Fransa) komandaları görüşəcək.
Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.
Çempionlar Liqası yarışlarında pley-off mərhələsinin cütləri müəyyənləşib
Çempionlar Liqası yarışlarında pley-off mərhələsinin cütləri müəyyənləşib