Avroliqanın pley-off mərhələsinə yüksələn “Qəbələ” komandası UEFA reytinqində irəliləyib

Avroliqanın pley-off mərhələsinə yüksələn “Qəbələ” komandası UEFA reytinqində irəliləyib
19:13 7 Avqust 2015
109 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Avrokubokların üçüncü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, 456 klubun yer aldığı siyahıda Azərbaycanın yeddi komandası var. Klublarımız arasında Azərbaycan çempionu “Qarabağ” 11,475 xalla 133-cü yerdə qərarlaşıb. Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Kipr “Apollon”unu mübarizədən kənarlaşdıran “Qəbələ” isə əmsalını 4,325-ə çatdırıb. Bununla da qəbələlilər 21 pillə irəliləyib. Xal hesabını 5,075-ə çatdıran “İnter” bir addım irəliləyib və 253-cü yerə yüksəlib. Mübarizəni dayandırmasına baxmayaraq, “Neftçi” 9,425 xalla 160-cı yerdəki mövqeyini qoruyub.
Digər klublarımızdan cari mövsüm avrokuboklarda iştirak etməyən “Xəzər Lənkəran” 292-cı pilləyə düşüb. Hərəyə 2 pillə irəliləyən “Bakı” və “AZAL” kollektivləri 349-cu yerdə qərarlaşıb.
Siyahıda ilk yerdə 142,857 xalı olan İspaniyanın “Real Madrid” komandasıdır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avroliqanin_pley_off_merhelesine_yukselen_Qebele_komandasi_UEFA_reytinqinde_irelileyib-876140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR