Məşhur sənətçinin qızı intihar etdi - FOTO

Məşhur sənətçinin qızı intihar etdi - FOTO
12:22 8 Avqust 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin ən məşhur caz sənətçilərindən biri Can Kozlu və "Çıplak Kanser" kitabının yazarı Oya Kozlunun qızları, 20 yaşlı Emel Ayşe Kozlu İstanbulda intihar edib.

Milli.Az bildirir ki, olay şəhərin Beyoğlu səmtində, Molla Bayırı Sokak-dakı evdə yaşanıb.
Can Kozlu evə qayıdanda qızını çağırıb, amma cavab gəlməyib.
Kanadadakı MakGill Universitetinin tələbəsi olan Emel Ayşe Kozlunun otağına girən ata qorxunc mənzərə ilə qarşılaşıb.
Emel qarderobun üst qapısına bağladığı kəndirlə özünü asmışdı. 


Can Kozlu mətbəxə qaçıb, bıçaq götürüb və kəndiri kəsib, daha sonra təcili yardım və polis çağırıb.
Hadisə yerinə gəlmiş həkimlər Emelin boğularaq öldüyünü deyiblər.
Emelin anası, "Çıplak Kanser" kitabının yazarı Oya Kozlu 1,5 il əvvəl xərçəng xəstəliyindən vəfat edib.
Dərin depressiyada olan Emel Kanadada, universitetin kampusunda da intihara cəhd etmişdi.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR