Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm artıb
15:33 26 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, yanvarın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib.
Araşdırmaya görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 358, Şirvanda 229, Salyanda 184, Bankədə 189, Araz çayının Novruzlu məntəqəsində isə 103 sm olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinin_Qiraqkesemen_menteqesinde_suyun_seviyyesi_3_sm_artib-827518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR