Balakən, 10 avqust, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında kartof yığımı başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, məhsul istehsalıçıları cari mövsümdə 887 hektar kartof sahəsindən 8215 ton məhsul götürüblər. Hər hektardan məhsuldarlıq 92,6 sentner təşkil edib. Kartof istehsalı ötən illə müqayisədə 1081 ton artıb.
Təsərrüfatlarda tərəvəz yığımı isə davam edir. Avqustun əvvəlinə olan məlumata görə, tərəvəz əkilmiş 2041 hektar sahənin 1863 hektarında məhsul yığımı əsasən başa çatıb. Tərəvəzçilər indiyədək 21 min 250 ton məhsul istehsal ediblər. Hər hektardan məhsuldarlıq 114 sentner təşkil edir. Tərəvəz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1912 ton artıb.
Rayonda digər növ bitkiçilik məhsullarının yığımı davam edir.