Gəncə, 12 avqust, AZƏRTAC
Gəncənin yeniyetmələrdən ibarət futbol komandası beynəlxalq turnirdə iştirak etmək üçün Bolqarıstana yola düşüb.
Komandanın baş məşqçisi İlham Səmədov AZƏRTAC-a deyib ki, Varna şəhərində keçiriləcək “Albina Cup-2015” beynəlxalq turnirində Gəncə futbolçuları ilk dəfə öz qüvvələrini sınayacaqlar. Yarışda 13 komanda, o cümlədən Türkiyənin “Beşiktaş”, “Qalatasaray”, Rusiyanın “Lokomotiv”, Bolqarıstanın “Levski” və Rumıniyanın “Styuau” klubları çıxış edəcək.