Müğənni Nura Suri: “Ana söyüşü söyürlər”

Müğənni Nura Suri: “Ana söyüşü söyürlər”
19:29 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Nura Suri Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb. Lent.az-ın məlumatına görə, tədbirə anası Firəngiz Səttarova ilə qatılan müğənni mətbuatda barəsində yazılanlardan danışıb: “Sosial şəbəkədə mənim şəkilimi qoyub, fotoya pis-pis şərhlər yazırlar. Hətta ana söyüşünə qədər yazanlar olur. Məsələ ilə bağlı Mətbuat Şurasına da müraciət ünvanlayacam. Bu tək mənə qarşı yox, şou-biznesdə olan bir çox müğənnilərə qarşı haqsızlıqdır. Buna görə də həmkarlarımı da müraciət edəcəyəm ki, bu məsələdə bir-birimizə dəstək olaq”.


N.Suri daha sonra aparıcı Mətanət Əlverdiyevanın təqdimatında yayımlanan “Gündəlik” verilişində canlı oxuya bilməməsi ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib: “Məni həmin verilişə çağırdılar, dedim ki, xəstəyəm. Bir neçə gün sonra yenə dəvət etdilər. Amma bilmirəm nədənsə Mətanət veriliş zamanı israr etdi, oxudum. Mən bir şeyi başa düşə bilmirəm ki, axı niyə məcbur etdiniz ki, verilişdə oxuyum? Dedim axı xəstəyəm. Mətanətə böyük hörmətim var. Amma verilişdə birdən birə dəyişib, mənə dedi ki, “canlı oxu”. Gərək belə etməyəydi”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR