ANS PRESS-in məlumatına görə, müğənni bununla bağlı sosial şəbəkədə status paylaşıb. O, reytinq toplamaq üçün müğənilərin qara piarı ilə məşğul olan Facebook səhifələrini vergidən yayınmada ittiham edib. Daha sonra isə, həmin səhifələrə üz tutaraq, haqqında hər hansı bir xoşagəlməz sözlə rastlaşarsa qanun qarşısında cavab verəcəklərini bildirib.

Nuranın Facebook statusu
"Facebook-da bəzi səhifələr müğənniləri təhqir etməklə reytinq qazanmaq istəyirlər və bunu edirlər. Saytlar həmin səhifələrə pul ödəyirlər ki, hər hansı bir məqalələri paylaşınlar və oxunma sayı artsın...
Bu səhifələr əlbəttə vergi odəmirlər. Həm pul qazanırlar, həm də müğənniləri təhqir etməklə məşğuldurlar. Qanunlardan da xəbərləri yoxdur. Xəbəriniz olsun, mənim haqqımda nə isə yazsalar, vəkilim onlarla məhkəmədə görüşəcək!" - yazaraq, hər kəsə xəbərdarlıq eidb.

Nura Suri - müğənni