Masallı, 13 avqust, AZƏRTAC
Masallı Taekvando Mərkəzində Azərbaycanın Milli qəhrəmanlarının və Qarabağ müharibəsində şəhid olanların xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında taekvando üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən rayon birinciliyində Masallı idmançıları ilə yanaşı Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan 120 idmançı on bir çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
İki gün davam edən idman yarışının qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.