Bakı, 15 avqust, AZƏRTAC
Beynəlxalq koalisiya qüvvələri terror təşkilatı İŞİD-in Suriya və İraqdakı mövqelərinə 31 hava zərbəsi endirib.
AZƏRTAC Anadolu Agentliyinin məlumatına istinadla bildirir ki, ABŞ liderliyindəki koalisiya qüvvələrindən dünən təyyarələrlə Suriyada təyin olunan hədəflərə 8 dəfə hava hücumu olub.
Hücumların 3-ü Haseki yaxınlarına, 2-si Hələb, 2-si Rakka və 1-i də Kobani ətrafına təşkil edilib.
Hücumlarda təşkilatın taktika vahidləri, anbarları və müharibə mövqelərinin vurulduğu bildirilir.
Məlumatda koalisiya qüvvələrinin təşkilatın İraqdakı hədəflərinə 23 hava hücumu təşkil etdiyi ayrıca qeyd edilib.