Bakı, 15 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 178 min 414,87 ABŞ dolları məbləğində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin eyni dövrünə nisbətən bu rəqəm 38 min 920,03 dollar yaxud 17,91 faiz azdır.
Yeddi ayda tütün və tütün məmulatları ümumi idxalın 3,36 faizini təşkil edib.