"ICTnews" elektron xəbər xidməti “interfax.ru” saytına istinadən bildirir ki, "hesabatda qeyd olunub ki, əsas məsələ informasiya məkanındakı münaqişələri qanuniləşdirmək və tənzimləmək deyil, İKT-dən (informasiya-kommunikasiya texnologiyaları) hərbi-siyasi məqsədlərdə istifadənin qarşısını almaqdır. Bu, birinci mühüm andır - Andrey Krutskix “Kommersant” qəzetinə müsahibəsində belə deyib.
O qeyd edib ki, ikincisi, hesabatda yazılıb ki, "bir-birini əsassız kiberhücumlarla ittiham etmək olmaz". Bildiyimiz kimi, hazırda belə hallar tez-tez baş verir.
"Dövləti kiberhücumların təşkili və həyata keçirməklə bağlı ittiham sübut olunmalıdır. Bu, dövləti informasiya məkanında edilmiş kiberhücuma görə əsassız məsuliyyətə cəlb edilməsi imkanını istisna edir" – diplomat izah edib.
"Üçüncüsü, hesabatda bir neçə dəfə vurğulanır ki, İKT yalnız sülh məqsədi naminə istifadə olunmalıdır" – Krutskix bildirib.
"Nəhayət, sözügedən dövlətlər qrupu ölkə ərazisində informasiya-kommunikasiya infrastrukturu üzərində nəzarəti və beynəlxalq informasiya təhlükəsizliyi sahəsində öz siyasətini müəyyənləşdirməyi dövlətlərin suveren hüququ kimi tanıyıb" - Krutskix qeyd edib.
Emil Hüseynov