Azərbaycanda partlayış: ər-arvad yaralandılar

Azərbaycanda partlayış: ər-arvad yaralandılar
09:52 27 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə (Region TV-yə ) istinadən bildirir ki, Cəlilabad rayonunda yaşayış evində baş verən güclü partlayışda ər və həyat yoldaşı yanıq xəsarətləri alıblar.

Hadisə  rayonun Fərid Əhmədov küçəsində, 50 yaşlı Mədinə Əliyevanın ata evində yaşadığı fərdi yaşayış evində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, otaqda elektrik lampasının yanması partlayışa səbəb olub. Nəticədə evin döşəməsi və tavan hissəsi yararsız hala düşüb.

Partlayış zamanı evdə yanğın hadisəsi olmasa da Mədinə Əliyeva və onun həyat yoldaşı, 48 yaşlı Ərəstun Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralıların vəziyyəti ağır olduğu üçün paytaxta gətiriliblər.

Partlayış yerin altından keçən qaz xətlərindəki sızmadan baş verib. Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR