Bakı, 18 avqust, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonunda məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihələrdə südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Məcburi köçkünlər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər.