Hava limanında Nüşabənin başına gələnlər

Hava limanında Nüşabənin başına gələnlər
11:46 27 Yanvar 2015
129 Şou
Ölkə mətbuatı
A- A+

Belçika səfərindən qayıdarkən əməkdar artist Nüşabə Ələsgərlinin başına maraqlı hadisə gəlib.

Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinin qonağı olan müğənni Türkiyə hava limanında pulunun qurtardığını deyib:

“Musiqiçi dostlarla Belçikadan gəlirdik. Təyyarə Türkiyədə endi. Musiqiçilər dedilər ki, siqarət çəkək. Bu ərəfədə təyyarəyə gecikdik. Mən də bütün pulumu xərcləyib qızıma telefon almışdım. Düşündüm ki, pula ehtiyacım qalmaz. Müdirin yanına getdik. Dedilər ki, yenidən bilet almalısınız. Yalvardıq ki, pulumuz yoxdur. Bizə hörmət edib səhər təyyarəsinə bilet verdilər. Birdən ayıldım ki, qızım üçün aldığım hədiyyənin sellofanı itib. Bu dəfə də hava limanında ona görə səs-küy yaratdım. Axırda onu da tapıb gətirdilər. Ondan sonra dedim hara getsəm, üstümdə ən az 200 dollar pul saxlamalıyam”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR